Apple gələn il OLED displeyli MacBook noutbukunu buraxmağı planlaşdırır. Bu barədə nüfuzlu insayder Jukanlosreve X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində Display Supply Chain Consultants (DSCC) şirkətinə istinadən məlumat verib.
Finss.az xbər verir ki, Apple-ın OLED noutbuku buraxmaq planları ilə bağlı şayiələr uzun müddətdir ki, yayılır. Məsələn, Omdia-nın məlumatına görə, şirkət Apple M4 çipi ilə iPad Pro-da istifadə edilənə bənzər ikiqat OLED panelli (Tandem OLED) MacBook-u buraxmağı planlaşdırır.
İnsayder Jukanlosrevenin sözlərinə görə, DSCC tədqiqat şirkətinin proqnozuna əsasən, hibrid OLED ekranlı MacBook-a tələbat 2025-ci ildə 2 milyon ədəddən başlayacaq, 2026-cı ildə 5 milyon ədədə yüksələcək və 2027-2028-ci illərdə hər il 7,5-8 milyon ədədə çatacaq.
Sərt şüşə altlıqları çevik nazik film inkapsulyasiyası (TFE) ilə birləşdirən hibrid OLED texnologiyası onları mövcud analoqlardan daha incə edir. Jukanlosrevenin sözlərinə görə, bu məlumatlar Omdia şirkətinin 2025-ci ildə OLED ekranlı MacBook-un təqdimatı ilə bağlı gəldiyi qənaəti təsdiqləyir.
Bundan əvvəl internetə hələ təqdim edilməmiş Apple kompüterinin dizaynı və xüsusiyyətləri sızdırılmışdı.
Kaira Agayeva
Finss.az