Roskomnadzor Rusiya telekommunikasiya operatorlarının ofislərində təkrar sınaqdan keçməmiş əcnəbilərin 4,5 milyon SİM kartını bloklamağı planlaşdırır. Bu barədə TASS-a RKN-nin nümayəndələri Spectr forumu çərçivəsində məlumat veriblər.
Finss.az xəbər verir ki, Departament qeyd edib ki, 2024-cü ildə RKN mobil operatorların SİM kartlarına dair məlumatları öyrənib və 11,5 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs üçün qeydiyyata alınmış 26 milyon telefon nömrəsini müəyyən edib. Bütün belə SİM kart sahibləri indi xüsusi sistem vasitəsilə yenidən identifikasiya olunur.
Ümumilikdə 8,2 milyon nömrəyə malik olan 3,8 milyona yaxın xarici vətəndaş rabitə operatorlarının ofislərində təkrar identifikasiyadan keçib.
Bir gün əvvəl Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin üzvü, deputat Anton Nemkin demişdi ki, “boz” SİM kartlardan istifadəyə qarşı mübarizə internetdə rusiyalı istifadəçilərin təhlükəsizliyinin təmin edilməsinin ümumi konsepsiyasının bir hissəsidir. Buraya anonimləşdirmə tədbirləri də daxildir. Onun sözlərinə görə, əsas fırıldaq trafiki “boz” SİM kartlardan keçirdi.
Kaira Agayeva
Finss.az