IKT

24 Oktyabr

Honq-Konqda məmurlara messencerlərdən və Google Diskdən istifadə qadağan edilib

Finss.az xəbər verir ki, Honq Konq hakimiyyəti mümkün kibertəhlükəsizlik təhdidlərinin qarşısını almaq üçün əksər dövlət işçilərinə WhatsApp, WeChat və Google Drive-dan iş kompüterlərində istifadə etməyi qadağan edib. Bu barədə South China Morning Post (SCMP) məlumat yayıb.

Qadağaya baxmayaraq, məmurlar bu xidmətlərdən şəxsi cihazlarda, o cümlədən iş tapşırıqları üçün istifadə edə biləcəklər. Bundan əlavə, bəzi dövlət qulluqçuları üçün istisnalar nəzərdə tutulur. Bəzi şirkətlər məlumat sızması risklərinin artması səbəbindən artıq belə tədbirlər görüblər.

Honq-Konqun İnnovasiyalar və Texnologiyalar üzrə katibi Sun Dong kibertəhlükələrin artdığını əsas gətirərək qadağanın zəruriliyini vurğulayıb. ABŞ və Çin səlahiyyətliləri də sistemlərini qorumaq üçün ciddi tədbirlər görüblər.

Anonim hökumət mənbəsinə görə, bulud xidmətlərindən çox vaxt böyük faylları xarici qurumlarla paylaşmaq üçün istifadə olunur. Siyasət təhlükəsizlik tədbirlərinin şifrələnmiş mesajlar və zərərli bağlantılar vasitəsilə yan keçməsinin qarşısını almağa yönəlib.

Kaira Agayeva 

Finss.az