Finss.az xəbər verir ki, İsveçli arxeoloqlar Halland rayonunda qazıntılar apararkən Vikinqlər dövrünə aid böyük bir dəfn aşkar ediblər. O, müasir Varberq şəhəri yaxınlığında yerləşən tarixdən əvvəlki yaşayış məntəqəsində aparılan araşdırma zamanı tapılıb.
Heritage Daily-nin məlumatına görə, indiyədək bütün qədim qəbiristanlığın təxminən altı faizi qazılıb, lakin o, artıq öz ölçüsü ilə tədqiqatçıları heyran edib. Məzarlığın böyük hissəsinin müasir tikililərin altında yerləşməsi işi çətinləşdirir.
Bununla belə, arxeoloqlar artıq insan və heyvan qalıqları, habelə qəbir əşyaları, o cümlədən gil qablar və zərgərlik məmulatları olan 139 qəbir aşkar ediblər.
Kaira Agayeva
Finss.az