Qlobal istiləşmənin sürətlənməsi arıların ömrünü ikiqat qısaldıb və həşəratların ölçüsünü əhəmiyyətli dərəcədə azaldıb. Əgər orta dünya temperaturu indiki tempdə artmağa davam edərsə, qlobal arı populyasiyası tamamilə yox olma təhlükəsi ilə üzləşə bilər. Alimlərin xəbərdarlıqlarına görə, bu, qida təminatını ciddi şəkildə təhdid edə bilər.
Finss.az BMT-nin məlumatına əsasən, xəbər verir ki, həşəratsız qida istehsalı çətinləşə bilər və bu, qlobal miqyasda qida böhranına səbəb ola bilər. Balın istehsalından əlavə, digər əsas qida məhsulları da təhlükə altındadır. Meyvələr, giləmeyvələr, qəhvə və tərəvəzlər kimi bir çox məhsul arıların polenləşdirməsi nəticəsində yetişir və onların azalması qida təminatını ciddi şəkildə təsir edə bilər.
Bu vəziyyətdən çıxış yollarını araşdırmaq və arıların qorunması üçün effektiv tədbirlər görmək, qida təhlükəsizliyini təmin etmək üçün həyati əhəmiyyət daşıyır.