Rumıniya ölkə tarixindəki ən güclü istilik dalğalarından biri ilə qarşılaşıb.
Finss.az xəbər verir ki, iyul ayında hava temperaturu bəzi bölgələrdə 40 dərəcəyə çatıb, bəzi ərazilərdə isə üç ay ərzində yağış düşməyib. Bu quraqlıq kənd təsərrüfatına ciddi ziyan vurub, xüsusən qarğıdalı və günəbaxan əkini ilə məşğul olan fermerlərə. Bəzi bölgələrdə məhsulun 90%-i məhv olub.
Rumıniyanın Kənd Təsərrüfatı Nazirliyi zədələnmiş əkinlər üçün hektar başına 200-dən 250 avroya qədər kompensasiya təklif edir. Ümumi ödənişlərin miqdarı 600 milyon avroya qədər ola bilər. Hökumət həmçinin Avropa Komissiyasından maliyyə dəstəyi tələb etməyi planlaşdırır. Bununla yanaşı, fermerlər üçün kredit ödənişlərinin təxirə salınması nəzərdə tutulur.