IKT

02 Avqust

Fermerlər üçün meyvə yığımının təşkili və saxlanmanın idarə edilməsi üzrə təlim keçiriləcək

Kənd Təsərrüfatı Nazirliyi və “SAS Agro” şirkətinin təşkilatçılığı ilə Türkiyədən dəvət olunan mütəxəssis tərəfindən yerli sahibkar və mütəxəssislərə məhsul yığımından sonrakı mərhələdə saxlama anbarlarında məhsulun keyfiyyətinin qoruyub saxlamaq və itkiləri azaltmaq üçün xüsusi təlim-seminar keçiriləcək.

Fins.az-a daxil olan məlumata görə, təlimin əsas məqsədi məhsul yığımından sonra itkilərin idarə olunması, keyfiyyətin qorunması və ən yaxşı təcrübələr üzrə sahibkarların və fermerlərin bilik və bacarıqlarının artırılmasına nail olmaqdır. Təlim iştirakçılarına həm nəzəri biliklər, həm də praktiki nümayişlərlə yığım sonrası idarəetmə, yığım texnikaları, yığım sonrası fiziologiya, çeşidləmə, təmizləmə, qablaşdırma, saxlama texnologiyaları, logistika, dəyər əlavəsi, keyfiyyətin təminatı və standartlar barədə məlumatlar veriləcək. Təlim çərçivəsində praktiki sessiyalar da nəzərdə tutulub. Proses çərçivəsində fermerlərə sahələrə səfər edəcək, saxlama məkanları, daşınma simulyasiyası və dəyər əlavəsi emalatxanaları kimi texnoloji yeniliklərlə əyani şəkildə tanış olacaqlar.

İki gün davam edəcək təlimlər 8-9 avqust 2024-cü il tarixlərində Kənd Təsərrüfatı Nazirliyində baş tutacaq.

 

Təlimdə iştirak üçün əlaqələndirici şəxs:

Şövqi Lələşov (Meyvəçilik və tərəvəzçilik şöbəsi)

E-mail: [email protected]

Mob: +994 50 620 94 76