Bu günədək ölkə üzrə taxıl sahələrinin 73 faizində biçin başa çatıb, 737 331 hektar sahədə biçin aparılıb ki, bu da ötən ilin göstəricisinə nisbətdə 43 min hektar çoxdur.
Fins.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, arpa sahələrinin 91 faizində, buğda sahələrinin isə 60 faizində biçin tam yekunlaşıb. Hazırda orta məhsuldarlıq arpa üzrə 29,7 sent/ha, buğda üzrə isə 34 sent/ha təşkil edir.
Zəmilərdən 2 341 831 ton məhsul yığılıb, yığılan məhsulun 1 196 958 tonu buğda, 1 144 873 tonu arpadır.