Bu mövsüm Biləsuvar rayonunda vələmir sahələri 23 dəfədən çox artırılıb.
Fins.az xəbər verir ki, bu il 324.9 hektar sahədə vələmir bitkisi əkilib. Ötən il bu rəqəm 14 hektara bərabər olub.
Vələmirin məhsuldarlığı isə ötən il hektara 20 sentner olub.
Qeyd edək ki, vələmir qırtıckimilər və ya taxıllar fəsiləsinə aid, boyu 50-170 sm-ə çatan, birillik ot bitkisidir.
Kaira Agayeva
Fins.az