Bu ilin yanvar-may aylarında ölkədə 34,1 min ton qida duzu istehsal olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisini 18 faiz və ya 5,2 min ton üstələyir.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, cari ilin aprel ayı ilə müqayisədə isə mayda istehsal həcmində 9,7 faiz və ya 700 ton artım qeydə alınıb. May ayında 7,9 min ton qida duzu istehsal olunub. İyun ayının 1-nə hazır məhsul ehtiyatı 2 min ton təşkil edib.