IKT

11 İyun

Dünyada ən çox hansı ölkələr düyü ixrac edib?

Dünya üzrə 2023/2024-cü illərdə ən çox düyü ixrac edən ölkələrin siyahısı açıqlanıb. 

İqtisadiyyat.az bununla bağlı dünya statistikasında araşdırma aparıb.

Araşdırmaya görə, Hindistan 2023/2024-cü illərdə 16,5 milyon tonla dünya üzrə ən yüksək düyü ixracatına sahib ölkə olub. Tayland həmin il təxminən 8,2 milyon ton düyü ilə ikinci ən böyük düyü ixracatçısı olub.

Dünyada ən çox düyü ixrac edən ölkələrin tam siyahısı isə belədir:

Ölkə

Düyü ixracının həcmi

Hindistan

16,5 milyon ton

Tayland

8,2 milyon ton

Vyetnam

7,6 milyon ton

Pakistan

5 milyon ton

ABŞ

2,6 milyon ton

Çin

2,2 milyon ton

Qeyd edək ki, düyü dünyada ən çox istehlak edilən taxıllardan biridir. 2008-2022-ci illər arasında qlobal düyü istehlakı 80 milyon tondan çox artaraq 520 milyon tona yüksəlib. 2022/2023-cü illərdə düyü istehlakına görə ilk üç ölkə Çin, Hindistan və Banqladeş olub. Həmin il dünyanın ən sıx məskunlaşan ölkəsi olan Çində təxminən 155 milyon ton düyü istehlak edilib.

2022-ci ildə isə Azərbaycan düyü idxalına 42,5 milyon dollar xərc çəkib. Hesabat dövründə düyü idxalı Azərbaycanın ümumi idxalının 0,29 %-ni təşkil edib.

Araşdırmalara görə, dünyada düyü istehsalı sahəsində lider ölkə isə Çindir.