IKT

05 İyun

Ərzaqlıq buğda istehsalı ilə bağlı kreditlərə dövlət zəmanətinin verilməsi qaydası təsdiqlənib

Ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürərək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilə bağlamış sahibkarlıq subyektlərinə müasir suvarma sistemlərinin alınması üçün kredit təşkilatlarının öz vəsaitləri hesabına veriləcək kreditlər üzrə dövlət zəmanətinin verilməsi Qaydası təsdiqlənib.

Fins.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qaydaya uyğun olaraq sahibkarlıq subyektlərinə veriləcək 280 milyon kredit portfeli 168 milyon manata qədər dövlət zəmanəti ilə təmin edilir.