IKT

30 Aprel

Qazaxıstan Tacikistana un ixracını artıracaq

Qazaxıstan və Tacikistan arasında kənd təsərrüfatı sektorunda keçən ilki ticarət həcmlərinin azalmasından sonra müsbət artım dinamikası müşahidə olunur. Bu ilin iki ayı ərzində kənd təsərrüfatı məhsullarının dövriyyəsi 84,9 milyon dollar təşkil edib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,9% çoxdur.

Fins.az xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenovun Düşənbəyə rəsmi səfəri zamanı məlumat verilib.

Qazaxıstanın baş naziri Tacikistan hökumətinin başçısı ilə ticarət-iqtisadi, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edib.

Qazaxıstan hökumət başçısının mətbuat xidmətində qeyd edildiyi kimi, Tacikistana kənd təsərrüfatı məhsullarının ixrac strukturunun şaxələndirilməsi müşahidə olunur. Cari vəzifələrə un tədarükü həcminin artırılması daxildir.

Günel Məlikzadə
Fins.az