IKT

29 Aprel

Rusiya mineral gübrələrinin ixracına kvota tətbiq olunacaq

Rusiya hökuməti bu ilin iyunun 1-dən noyabrın 30-dək olan müddətdə mineral gübrələrin ixracı üçün kvotalar müəyyən edib.

Fins.az xəbər verir ki, bu barədə hökumətin Telegram kanalında məlumat verilib.

“İxrac kvotasının ümumi həcmi 19,7 milyon tondan çox olacaq. Göstərilən həcmin 12,4 milyon tondan çoxunu azot gübrələri, 7,3 milyon tonu isə kompleks gübrələrin payına düşür”, - deyə hesabatda vurğulanır.

Kvota həcmlərinin ixracatçılar arasında bölüşdürülməsi Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyinə həvalə edilib.

Hökumətin gözlədiyi kimi, bu qərar “daxili bazarda kifayət qədər həcmdə gübrə saxlamağa və ölkənin ərzaq təhlükəsizliyini təmin etməyə” imkan verəcək.

Günel Məlikzadə
Fins.az