USDA FAS Pakistan proqnozlaşdırır ki, sertifikatlaşdırılmış toxumlardan istifadənin artması və təkmilləşdirilmiş suvarma sistemləri sayəsində 2024/25-ci illərdə ölkə rekord həddə 28,8 milyon ton buğda yığa bilər.
Fins.az xəbər verir ki, bunu Grain Central yayıb.
Qeyd edildiyi kimi, bu təxmin əvvəlki mövsümün səviyyəsindən (28,2 milyon ton) 2,1% və 2022/23 MY-nin (26,2 milyon ton) nəticəsi ilə müqayisədə 9,1% yüksəkdir.
Eyni zamanda, FAS USDA analitiklərinin proqnozu 2024/25-ci illərdə ölkədə 32,11 milyon ton buğda yığıla biləcəyinə inanan Pakistan hökumətinin gözləntilərindən aşağıdır. Ekspert qiymətləndirməsinin aşağı olması ölkədə gübrələrin baha olması ilə bağlıdır ki, bu da dekabr-yanvar aylarında quraq hava şəraitinin təsiri ilə birlikdə taxıl məhsuldarlığının azalmasına səbəb ola bilər. O cümlədən, buğdanın vegetasiya dövründə ümumi gübrə alışı ötən illə müqayisədə 3,2 faiz, azot satışı isə 6,4 faiz azalıb. Eyni zamanda, fosfatların və kaliumun satışı müvafiq olaraq 8,3% və 45,9% artıb.
Günel Məlikzadə
Fins.az