Aprel ayında taxılla yüklənmiş vaqonların Ukrayna-Polşa sərhəd keçid məntəqələrindən keçmə sürəti artıb.
Fins.az xəbər verir ki, bu cür məlumatları aprelin 23-də “Ukrzaliznitsa” SC-nin kommersiya işləri departamentinin direktor müavini Valeri Tkaçev yayıb.
“Hazırda hər gün Polşaya taxıl daşıyan 80,6 vaqon gedir. Bu, mart ayı ilə müqayisədə sutkada 2,3 ədəd çoxdur”, - deyə mütəxəssis bildirib.
Günel Məlikzadə
Fins.az