Dövlət Statistika Komitəsindən bildirildiyinə görə, cari ilin I rübündə respublikamızda 1 milyard 445 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz çoxdur.
Fins.az xəbər verir ki, son bir ildə ölkədə istehsal olunan bitkiçilik məhsullarının dəyəri 2,9 faiz artaraq 76,1 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 1 faiz artaraq 1 milyard 369 milyon manat olub.
Yanvar-mart aylarında ölkədə diri çəkidə 139 min ton ət, 505 min ton süd, 572 milyon ədəd yumurta və 97 min ton tərəvəz istehsal olunub. Ötən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 0,6 faiz, süd istehsalı 0,6 faiz, yumurta istehsalı 5,2 faiz, tərəvəz istehsalı 2,7 faiz artıb.