Avropa İttifaqının liderləri Aİ-nin icra orqanlarına Rusiya və Belarusun kənd təsərrüfatı məhsullarına əlavə tariflər üzrə təkliflər hazırlamağı tapşırıblar.
Fins.az xəbər verir ki, Aİ Şurası və Avropa Komissiyasına müvafiq göstərişlər Avropa Şurasının Brüsseldə keçirilən ikigünlük iclasının yekunları ilə təsdiqlənmiş nəticələrdə öz əksini tapıb .
Nəticədə deyilir ki, “rəqabətli və dayanıqlı kənd təsərrüfatı sektoru İttifaqın əsas strateji marağıdır”.
“Fermerlər xüsusilə ekoloji və iqlim problemlərini həll etmək üçün sabit və proqnozlaşdırıla bilən struktura ehtiyac duyurlar. İlkin nəticələrinə görə, Avropa Şurası Ümumi Kənd Təsərrüfatı Siyasəti (CAP) reqlamentinə düzəlişlərin tezliklə qəbul edilməsini tələb edir. Şura və Komissiyanı işlərini davam etdirməyə, xüsusilə, bəzi idxal məhsullarına əlavə tariflərin tətbiqi ilə bağlı işlərini davam etdirməyə təşviq edir” sənəddə deyilir.
Günel Məlikzadə
Fins.az