IKT

19 Aprel

Rusiya arpasının Çinə ixracı bu il 13 dəfə artıb

Bu ilin ilk iki ayında Rusiyadan Çinə arpa tədarükünün həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,4 dəfə artaraq 180 min tondan çox olub.

Fins.az xəbər verir ki, bu baradə Çin Baş Gömrük İdarəsi məlumat verib.

"Dəyər baxımından yanvar-fevral aylarında taxıl tədarükü 10,6 dəfə artaraq 43 mln. dollara çatıb", - məlumatda deyilir.

Həmçinin qeyd edilir ki, “Agroexport”un hesablamalarına görə, 2030-cu ilə qədər Rusiyanın Çinə arpa tədarükünün illik potensialı 200 milyon dollardan çox dəyərində təxminən 1 milyon tona çata bilər.

Günel Məlikzadə
Fins.az