IKT

18 Aprel

İordaniya arpa miqdarını demək olar ki, iki dəfə azaldıb

Bazar operatorlarının məlumatına görə, İordaniya dövlət qurumu aprelin 17-də keçirilən tender zamanı minimum 60 min ton planlaşdırılan 110 min ton arpa alıb.

Fins.az xəbər verir ki, taxıl iki partiyada - Nestwise operatorundan 60 min ton və Ameropa operatorundan 50 min ton - CF Aqaba əsasında çatdırılma ilə ton üçün 216 dollar qiymətə müqavilə bağlanıb.

Bu partiyalardan birincisinin idxalçıya çatdırılması cari ilin 15-31 iyul tarixlərində, ikincisi isə avqustun 1-dən 15-dək həyata keçirilməlidir.

Günel Məlikzadə
Fins.az