Rusiya Kənd Təsərrüfatı Nazirliyi 2024-cü ildə ölkədə ümumi taxıl məhsulunun bir il əvvəl yığılmış 144,9 milyon ton ilə müqayisədə 132 milyon tona qədər azalacağını proqnozlaşdırır.
Fins.az xəbər verir ki, həmçinin bu il yağlı bitkilərin istehsalının ötən illə müqayisədə 29,9 milyon tondan 28 milyon tona, şəkər çuğundurunun istehsalının 53,1 milyon tondan 47 milyon tona qədər azalacağı gözlənilir.
2024-cü ildə 2023-cü illə müqayisədə müqayisə olunan qiymətlərlə bitkiçilik istehsalının azalması ilkin olaraq 6,5%, 2020-ci ildə isə 7,5% artacağı gözlənilir.
Qurum bu il heyvandarlıq məhsullarının artımını ötən illə müqayisədə 2,2% qiymətləndirir.
Ümumiyyətlə, Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 2024-cü ildə Rusiya Federasiyasında kənd təsərrüfatı istehsalı 2023-cü illə müqayisədə 2,9% azalacaq.
Günel Məlikzadə
Fins.az