IKT

16 Aprel

Kənd təsərrüfatının ümumi məhsul istehsalı artıb

2024-cü ilin yanvar-mart ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1444,6 milyon manat təşkil edib.

Fins.az Dövlət Statistika Komitəsinin hesabatına əsasən, xəbər verir ki, dəyərin 1368,5 milyon manatı heyvandarlıq, 76,1 milyon manatı bitkiçilik məhsullarının payına düşüb.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1,1 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 1 faiz, bitkiçilik məhsulları istehsalı 2,9 faiz artıb.