IKT

15 Aprel

"Ukraynada yağlı toxum istehsalı azalacaq"

“Ukroilprom” assosiasiyasının məlumatına görə, 2024/25 MY-da Ukraynada əsas yağlı bitkilərin ümumi yığımı cari mövsümdən (21,68 milyon ton) 3,1% azalaraq təxminən 21 milyon tona çata bilər.

Fins.az xəbər verir ki, ümumilikdə, növbəti mövsümdə soya istehsalının ötən illə müqayisədə 4,2% - 4,8 milyon tondan 5 milyon tona qədər artacağı gözlənilir.

Eyni zamanda, növbəti mövsümdə günəbaxan istehsalı 12 milyon tona çata bilər ki, bu da ötənilki məhsuldan (2,6 milyon ton) 4,8% azdır.

Həmçinin, kolza istehsalı 2023/24 MY-da 4,28 milyon tondan növbəti mövsümdə 4,8 milyon tona qədər azala bilər.

Günel Məlikzadə
Fins.az