IKT

15 Aprel

Ukraynada qarğıdalı səpininə başlanılıb

Ukrayna qarğıdalı səpininə başlayıb - aprelin 11-nə 120 min hektarda taxıl səpilib ki, bu da planlaşdırılan 3,912 milyon hektarın 3 faizini təşkil edir.

Fins.az xəbər verir ki, bu barədə Aqrar Siyasət Nazirliyindən bildirilib.

Digər yazlıq dənli və paxlalı bitkilərin əkini də davam etdirilir ki, bu da ümumi sahəsi 1,261 milyon hektar və ya planlaşdırılan 5,601 milyon hektarın 22,5 faizini təşkil edir.

Ümumiyyətlə, əkin mövsümünün dinamikası belə görünür:       

  • Buğda - 173,9 min ha və ya planın 70,6 faizi (246,1 min ha);

  • Arpa - 683,4 min ha və ya planın 83,5 faizi (818 min ha);

  • Noxud - 147,7 min ha və ya planın 92,4 faizi (159,9 min ha);

  • Yulaf - 117 min ha və ya planın 72 faizi (162,7 min ha);

  • Qarabuğda - planda nəzərdə tutulmuş 124,8 min hektardan 0,3 min ha;

  • Darı - 1,3 min ha və ya planın 1 faizi (85,3 min ha);

  • taxıl və paxlalılar - 17,2 min ha və ya planın 19 faizi (92,4 min ha).

Yağlı bitkilərə gəlincə, hesabat tarixinə Ukraynada 470,1 min hektar günəbaxan və ya planlaşdırılan sahənin 9 faizi (5,288 milyon hektar), 20,6 min hektar soya və ya 1,99 milyon hektar plan sahəsinin 1 faizi əkilib.

157,6 min hektar və ya planın 61 faizi (256,5 min ha) olmaqla şəkər çuğundurunun əkini də davam etdirilir.

Günel Məlikzadə
Fins.az