Oil World-ə görə, rekord yüksək tədarük həcmi və digər yağlı toxumlarla müqayisədə cəlbedici qiymətlər sayəsində AB kolza unu istehlakı 2023-cü ildə əvvəlki illə müqayisədə 16% artaraq 14,4 milyon tona çatıb.
Fins.az xəbər verir ki, Avropa İttifaqında soya və günəbaxan unun istehlakı ötən il azalıb (hər biri 5 faiz), bu da kolza unu istehlakının payını 2022-ci ildə 23 faizdən 26 faizə yüksəldib.
Bununla belə, 2024-cü ilin yanvar-mart ayları ərzində məhsulun qiymətlərinin artması səbəbindən AB kolzasına tələbat bir qədər yavaşladı. Xüsusilə Almaniyada kolza unun orta qiyməti fevral ayı ilə müqayisədə martda 3% artaraq bir ton üçün 306 dollara, ayın sonunda idxal edilən Argentina soya unun qiyməti isə 6% azalaraq bir ton üçün 421 dollara çatıb.
Günel Məlikzadə
Fins.az