IKT

05 Aprel

Çin taxıl idxalını artırır

Çin taxıl idxalında davamlı artım müşahidə edir.

Fins.az xəbər verir ki, bu baradə Çinin Kənd Təsərrüfatı və Kənd İşləri Nazirliyinin rəsmi məlumat yayıb.

Belə ki, 2024-cü ilin yanvar-fevral aylarında Çin ötən ilin eyni dövrü ilə müqayisədə 29,57% çox olmaqla 13,36 milyon tondan çox taxıl idxal edib.

Hesabat dövründə pul ifadəsində taxıl idxalı təxminən 4,03 milyard dollar (+1,38%) təşkil edib.

O cümlədən, bu ilin fevral ayında Çinə taxıl idxalı 2023-cü ilin fevral ayı ilə müqayisədə 20,84% artaraq 6,76 milyon ton təşkil edib.

Yaxın 10 il ərzində Çin kənd təsərrüfatı məhsullarının aparıcı idxalçısı olaraq qalacaq.

Günel Məlikzadə
Fins.az