IKT

05 Aprel

Günəbaxan yağına aşağı gömrük rüsumu - TÜRKİYƏ

Türkiyədə yağlı günəbaxan tumu üçün 12 faiz, xam günəbaxan yağı üçün isə 22 faizə endirilən gömrük rüsumuna dair tənzimləmənin aprelin 15-də başa çatması və aprelin 22-dək davam etməsi qərara alınıb.

Fins.az xəbər verir ki, mövzu ilə bağlı Prezident Fərmanı Türkiyənin Rəsmi Qəzetində dərc olunduqdan sonra qüvvəyə minib.

Qərarla yağlı günəbaxan tumu və xam günəbaxan yağının gömrük rüsumunun azaldılması ilə bağlı əsasnamənin müddəti dəyişdirilib.

Günel Məlikzadə