IKT

04 Aprel

Polşa Ukraynanın kənd təsərrüfatı məhsullarının tranzitinə qadağa qoyub?

Polşanın Kənd Təsərrüfatı və Kənd İnkişafı Nazirliyi Ukrayna kənd təsərrüfatı məhsullarının tranzitinin dayandırılması təklifi ilə hələlik hökumətə müraciət etməyib.

Fins.az xəbər verir ki, bu baradə nazirliyin saytındakı rəsmi məlumatda deyilir.

“Ukrayna tərəfi cari ilin aprel-iyun aylarında Polşa ərazisindən kənd təsərrüfatı məhsullarının tranzitinə minimal məhdudiyyət elan etdiyinə görə, Nazirlik Ukrayna kənd təsərrüfatı məhsullarının tranzitinin dayandırılması xahişi ilə hökumətə müraciət etməyib. Məhsullar Polşa vasitəsilə həyata keçirilir”, - məlumatda deyilir.

Günel Məlikzadə
Fins.az