Avropa Komissiyasının analitiklərinin hesablamalarına görə, Aİ ölkələri 2023-cü il iyulun 1-dən 2024-cü il martın 27-dək olan dövrdə təxminən 5,23 milyon ton bitki yağı idxal edib ki, bu da ötən mövsümün analoji dövrünün (5,15 milyon ton) göstəricisindən 1% çoxdur.
Fins.az xəbər verir ki, hesabat dövründə günəbaxan yağının alışı 41 faiz artaraq 1,9 milyon tona, soya yağı 12 faiz artaraq 421,9 min tona, kolza yağının alışı 8 faiz artaraq 362,7 min tona çatıb. Eyni zamanda, palma yağı idxalı, əksinə, 18% azalaraq 2,53 milyon tona düşüb.
Avropa Komissiyasının məlumatına görə, palma yağının əsas həcmləri Avropaya İndoneziyadan (828,94 min ton) gəlib. Ukraynadan ən çox soya, kolza və günəbaxan yağı idxal edilib - müvafiq olaraq 168,8 min ton, 127,5 min ton və 1,78 milyon ton.
Bundan əlavə, analitiklərin hesablamalarına görə, cari mövsümdə Aİ ölkələri yağlı toxumların idxalını 21% azaldaraq 13,83 milyon tona, unu isə 6% azalaraq 13,8 milyon tona çatdırıblar.
Günel Məlikzadə
Fins.az