IKT

01 Aprel

Qazaxıstan İrana arpa ixracını azaldıb

Qazaxıstan arpasının İrana ixracı cari mövsümdə xeyli azalıb.

Fins.az rəsmi statistikaya istinadən xəbər verir.

Belə ki, 2023/24 MY 5 ayında (sentyabr-fevral) Qazaxıstan İrana cəmi 28,67 min ton arpa tədarük edib. Bu, ötən mövsümün eyni dövrü ilə müqayisədə (303,36 min ton) 10,6 dəfə azdır.

O cümlədən, cari ilin fevral ayında Qazaxıstanın İrana arpa ixracı 12,6 min ton təşkil edib (keçən ilin eyni dövründə bu göstərici 26,7 min ton idi).

Qazaxıstandan İrana buğda ixracı ilə bağlı vəziyyət daha acınacaqlıdır: cari mövsümün 5 ayında rəsmi statistikada məhsulun daşınması qeydə alınmayıb. 2022/23 MY-nin eyni dövründə İran 101,4 min ton Qazaxıstan taxılı alıb.

Günel Məlikzadə
Fins.az