Conab monitorinqinə görə, martın 24-nə Braziliyada soya planlaşdırılmış 45,2 milyon hektarın 66,3%-də (həftə ərzində +4,4%) biçilib ki, bu da ötən ilki göstəricidən (69%) aşağıdır.
Fins.az xəbər verir ki, qeyri-müntəzəm yağan yağışlar və yüksək temperatur yağlı bitkilərin yığımının sürətini ləngidir. Bundan əlavə, Braziliyanın məhsuldar bölgələrində yağıntıların az olması da ikinci qarğıdalı məhsulunun inkişafına mənfi təsir göstərir.
Xüsusilə, Mato Grosso, Goias və Matopiba ştatlarında hazırda torpağın rütubət səviyyəsi sabit olaraq qalır. Bununla belə, yüksək hava temperaturu ilə birlikdə yağıntıların azalması Mato Gros do Sul, Parana, San Paulo, Minas Gerais və Bahia bölgələrində torpaq nəm ehtiyatlarının azalmasına səbəb oldu. Bundan əlavə, Rio Qrande-du-Sul ştatında fırtınalı küləklər və dolu kənd təsərrüfatı məhsullarına xeyli ziyan vurub.
Günel Məlikzadə
Fins.az