IKT

27 Mart

Ukrayna kənd təsərrüfatı məhsullarının ixracı 300 min tona çatıb

Cari ayda avtomobil nəqliyyatı ilə Ukrayna kənd təsərrüfatı məhsullarının ixracı martın 25-nə 297 min ton təşkil edib, eyni dövrdə fevralda 331 min ton və yanvarda 230 min ton olub.

Fins.az xəbər verir ki, Spike Brokers-in ekspertləri bu barədə martın 27-də öz Telegram kanallarında məlumat veriblər.

“Mart ayında ixracın əsas payını günəbaxan yağı – 50 min ton, şəkər – 37 min ton və quş əti – 20 min ton təşkil edir”, - deyə məlumatda vurğulanır.
Həmçinin qeyd edilir ki, mart ayında sərhəd-keçid məntəqələrindən kənd təsərrüfatı məhsullarının orta sutkalıq keçirmə normaları belədir: Moldova ilə sərhəddən 3170 ton, Polşa ilə 1183 ton, Rumıniya ilə 3605 ton, Slovakiya ilə 1020 ton və Macarıstanla 2933 ton.

Günel Məlikzadə
Fins.az