Bu ilin yanvar-fevral aylarında Azərbaycan 91 min 519 ton meyvə-tərəvəz idxal edib.
Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə meyvə-tərəvəzin dəyəri 63 milyon 144 min ABŞ dollar olub.
Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 20 min 647 ton (29 %), dəyər baxımından isə 16 milyon 225 min ABŞ dollar (34,5 %) çoxdur.
Hesabat dövründə meyvə-tərəvəz idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1,8 %-ni təşkil edib.
2 ay ərzində Azərbaycan həm də 87 min 71 ton meyvə-tərəvəz ixrac edib. Bu həcmdə ixracın dəyəri 99 milyon 481 min ABŞ dolları olub.
Bunlar, 1 il əvvələ nisbətən həcm baxımından 19 min 053 ton (28 %), dəyər baxımında isə 19 milyon 630 min ABŞ dolları (24,5 %) çoxdur.
Hesabat dövründə meyvə-tərəvəz ixracından əldə edilən gəlirlər Azərbaycanın ümumi ixrac gəlirlərinin 2,1 %-ni təşkil edib.