IKT

19 Mart

Yanvar-fevral aylarında 99 milyon manatlıq meyvə-tərəvəz ixrac edilib

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 99 481.98 min ABŞ dolları dəyərində 87 071.80 ton meyvə-tərəvəz ixrac edib. vergiler.az Dövlət Gömrük Komitəsinin məlumatlarına istinadən bildirir ki, onun 625.75 tonu kartof, 21 724.47 tonu tomat, 3 795.82 tonu meşə fındığı, 18 334.64 tonu alma, 33 330.71 tonu xurma, 2 802.36 tonu nardır.

Meyvə-tərəvəz ixracının Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında xüsusi çəkisi 24.42 faiz olub.