IKT

18 Mart

FAO ukraynalı fermerləri soya və günəbaxan toxumları ilə təmin edəcək

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Ukraynanın Aqrar Siyasət və Ərzaq Nazirliyi ilə birlikdə yaz əkini kampaniyası üçün soya və günəbaxan toxumları ilə təmin etməklə ukraynalı fermerlərə dəstək olmaq üçün yeni proqrama başlayır.

Fins.az xəbər verir ki, bu barədə Aqrar Siyasət Nazirliyinin mətbuat xidmətindən məlumat verilib

“Ukraynanın cəbhə bölgələrindən olan və torpaq sahəsi 10 hektardan 500 hektara qədər olan kiçik və orta fermer təsərrüfatları və kənd təsərrüfatı istehsalçıları proqramda iştirak üçün müraciət edə bilərlər. Təqdim olunan yardımın miqdarı əkin sahələrinin sahəsindən asılı olacaq. Ümumilikdə, Çerniqov, Donetsk, Dnepropetrovsk, Xarkov, Xerson, Nikolayev, Sumi və Zaporojya vilayətlərindən olan 3 mindən çox fermer yardım ala biləcək”, - məlumatda deyilir.

Qeyd edildiyi kimi, proqramda iştirak üçün müraciətlər martın 24-dək Dövlət Aqrar Reyestri (DAR) vasitəsilə qəbul edilir. Bütün qəbul edilmiş müraciətlərə baxıldıqdan və təhlil edildikdən sonra seçilmiş proqram iştirakçıları DAR vasitəsilə təsdiq alacaq və yardımın alınma vaxtı və yeri barədə məlumatlandırılacaqlar. Təsərrüfatlar verilən toxumları anbardan toplamalı olacaqlar.

Günel Məlikzadə
Fins.az