IKT

18 Mart

Suvarma sistemlərinə 93,3 milyon manat subsidiya ayrılıb

Kənd təsərrüfatı nazirinin müavini Sərvan Cəfərov Bakı Su Həftəsi Konfransında son 5 ildə təmsil etdiyi qurumun xətti ilə 38,2 min hektar ərazidə suvarma sistemlərinin qurulmasına 93,3 milyon manat subsidiya ayrılıb. 

Fins.az xəbər verir ki, bununla yanaşı, müasir suvarma sistemləri­nin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı, elecə də pilot suvarma sistemlərinin qurulması ilə bağlı əhəmiyyətli güzəştlər nəzərdə tutulub və hazırda bu proqram uğurla davam et­dirilir.

Nazir müavini əlavə edib ki, hazırda müasir suvarma sistemlərinin tətbiqinin stimullaşdırılma­sı məqsədilə fiziki və hüquqi şəxslərə lizinqə ve­rilən və ya lizinq yolu ilə satılan suvarma sistem­ləri dəstinə və avadanlığına onların ilkin dəyərinin 40 faizi qədər güzəşt tətbiq olunur.