IKT

14 Mart

Qazaxıstan buğda idxalı qadağasını uzadıb

Martın 12-də Qazaxıstan Baş nazirinin müavini Serik Jumanqarinin sədrliyi ilə Xarici Ticarət Siyasəti və Beynəlxalq İqtisadi Təşkilatlarda İştirak üzrə İdarələrarası Komissiya xarici ticarətin tənzimlənməsi məsələlərinə dair bir sıra qərarlar qəbul edib.

Fins.az xəbər verir ki, avtomobil, dəmir yolu və su nəqliyyatı ilə buğdanın idxalına qoyulan qadağa daha 6 ay müddətinə uzadılıb.

"Qazaxıstan Respublikasına buğda idxalı və Rusiya Federasiyasının sərhədyanı rayonlarından avtomobil yolu ilə təkrar ixracı üçün "boz sxemlərin" həyata keçirilməsi təhlükəsi hələ də davam edir", - Qazaxıstan hökumət başçısının mətbuat xidməti bildirib. "İstisnalar öz istehsal və istehlak məqsədləri üçün un dəyirmanlarına və quşçuluq müəssisələrinə dəmir yolu ilə çatdırılır. Lakin xaricdən gətirilən buğda nə daxili, nə də xarici bazarlarda satıla bilməz".

Günel Məlikzadə
Fins.az