Ötən il Azərbaycanda 160 min hektara yaxın sahə quraqlıqdan və su azlığından məhv olub.
“İki sahil” xəbər verir ki, bunu Bakıda Beynəlxalq Su Təsərrüfat Sərgi və Konfransı - "Baku Water Week" sərgisinə həsr olunmuş konfransda Kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.
Nazir bildirib ki, dünyada baş verən iqlim dəyişiklikləri Azərbaycandan yan keçmir.
“Ölkəmizdə təxminən 1, 5 milyon hektara yaxın suvarılan sahə var. Bunun 78% birillik, 9% çöxillik təxminən 14% böyük sahələrin suvarılmasıdır.
Ölkədə istehsal olunan kənd təsərüffatının 90%-i suvarılan sahələrdən əldə olunur. Məhsulun artırılması və sudan səmərəli istifadə üçün suyun sistemli şəkildə idarə olunmasına nail olmalıyıq”,- deyə o qeyd edib.