Kənd Təsərrüfatı Nazirliyi Rusiyanın Ukraynanın işğal olunmuş ərazilərində ələ keçirilən taxılın Baltik dənizi limanları vasitəsilə ixrac oluna biləcəyi ilə bağlı xəbərlər fonunda Rusiyadan və digər yüksək riskli ölkələrdən daşınan taxıllara nəzarəti gücləndirmək üçün operativ tədbirlər gördüyünü açıqlayıb.
Fins.az xəbər verir ki, nazirlikdən bildirilib:
“Biz yüksək riskli ölkələrdən Litvaya daşınan taxılın hərtərəfli yoxlanılmasını, o cümlədən taxıl mənşəyinin yoxlanılmasını planlaşdırırıq. Biz Böyük Britaniyanın Ətraf Mühit, Ərzaq və Kənd Məsələləri Departamenti ilə məsləhətləşirik, çünki taxıl mənşəli testləri həyata keçirə bilən laboratoriyalar yalnız britaniyalıların əlindədir. Metodoloji tələblər uyğunlaşdırılmaqla yoxlamalar yaxın vaxtlarda qüvvəyə minəcək”.
Günel Məlikzadə
Fins.az