IKT

28 Fevral

Rusiya fermerlərinin tələbi

Rusiya Kəndli Təsərrüfatları və Kənd Təsərrüfatı Kooperativləri Assosiasiyası (APFAC) taxıl ixracı rüsumunun ləğv edilməsinin zəruriliyini növbəti dəfə elan edib.

Fins.az xəbər verir ki, təşkilat bu tədbiri kənd təsərrüfatının gəlirliliyinin azalmasının əsas səbəblərindən biri hesab edir.

“Əgər gəlirliliyin azalmasının səbəblərini təhlil etsək, əsas səbəblərdən biri taxılın ixrac rüsumudur. Hazırda bu, kənd təsərrüfatı istehsalçılarının ən populyar və aktual məsələsidir: belə kəskin qiymət fərqi və rentabelliyin azalması ilə ixrac rüsumunu sıfırlamaq lazımdır”, - deyə AXCP prezidenti Vladimir Plotnikov assosiasiyanın 35-ci qurultayında bildirib.

Günel Məlikzadə
Fins.az