IKT

28 Fevral

Qazaxıstanda un istehsalı azalıb

2024-cü ilin yanvar ayında Qazaxıstanda 237,1 min ton buğda və buğda-çovdar unu istehsal edilib.

Fins.az rəsmi statistikaya istinadən xəbər verir ki, bu, son 7 ayda ən aşağı göstəricidir.

Bu ilin ilk ayında hasilat həcmi də dekabr ayı göstəricisindən (259,65 min ton) demək olar ki, 9% və illik müqayisədə 3% (244,47 min ton) azdır.

Bütün 2023-cü il ərzində Qazaxıstanda 3,05 milyon ton buğda və buğda-çovdar unu istehsal edilib. Bu, 2022-ci ilin göstəricisindən (3,08 milyon ton) bir qədər aşağıdır.

Taxıl emalı məhsullarının istehsalı ilə bağlı ətraflı məlumatı APK-İnform abunəçiləri “ Statistika ” bölməsində əldə edə bilərlər.

Günel Məlikzadə
Fins.az