IKT

27 Fevral

Litvanın Ukrayna taxılı ilə bağlı qərarı

Litvalı fermerlər polşalı həmkarlarının martın 1-də başlamalı olan etiraz aksiyasına qoşulmaq niyyətində deyillər.

Fins.az xəbər verir ki, bu barədə Litva Taxıl İstehsalçıları Assosiasiyasının rəhbəri Ausris Macijauskas bildirib.

"Litva fermerləri Ukrayna taxılının qarşısını kəsməyiblər, əngəlləmirlər və qarşısını almaq niyyətində deyillər. Biz problemi görürük, lakin ukraynalı fermerlərin vəziyyətini başa düşürük - biz ötən payızda onlara baş çəkmişik, onlarla dəyirmi masa keçirmişik və burada müzakirələr aparmışıq. Əlbəttə ki, biz nəzarət etməliyik, uçot aparmalıyıq, bütün bunları etməliyik ki, Litva hökuməti də bunu etmir, lakin biz polyakların etdiyi kimi buna mane olmaq fikrində deyilik”, - deyə A. .Macijauskas əlavə edib ki, Litvalı fermerlər üçün ən böyük problem ölkəyə gələn Rusiya taxılıdır.

Günel Məlikzadə
Fins.az