IKT

08 Fevral

Əfqanıstan Qazaxıstan un idxalını 6% azaldıb

Əfqanıstan Qazaxıstandan buğda ununun idxalını azaldır.

Fins.az rəsmi statistikaya istinadən verdiyi məlumata görə, 2023-cü ildə Qazaxıstan Əfqanıstana 1,272 milyon ton buğda unu ixrac edib. Bu, illik müqayisədə 6,2% azdır (1,357 milyon ton).

Buna baxmayaraq, Əfqanıstan Qazaxıstan ununun əsas idxalçısı olaraq qalır. Belə ki, 2023-cü ilin dekabr ayında bu istiqamətdə 124,7 min ton (2022-ci ilin dekabrında 133,27 min ton) bu məhsul göndərilib.

Müqayisə üçün: 2023-cü ilin dekabrında Özbəkistan cəmi 43,76 min ton, Tacikistan 4,42 min ton, Türkmənistan 2,82 min ton Qazaxıstan unu alıb.

Günel Məlikzadə
Fins.az