Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen Strasburqda Avropa Parlamentinin (AP) Baş Assambleyasının sessiyasında fermerlərin etirazları ilə bağlı açıqlama verib.
Fins.az xəbər verir ki, keçən həftə Brüsseldə keçirilən Aİ Liderlər Zirvəsi zamanı bütün Avropadan fermerlərin küçələrə çıxdığını xatırladan Von der Leyen, "Fermerlər özlərini küncə sıxılmış hiss edirlər" dedi.
İqlim dəyişikliyinin təsirini ilk hiss edənlərin fermerlər olduğuna diqqət çəkən Von der Leyen quraqlıq və daşqınların məhsula zərər verdiyini xatırladıb.
Rusiya-Ukrayna müharibəsinin təsirini fermerlərin də hiss etdiyinə diqqət çəkən Von der Leyen, müharibənin inflyasiya, artan enerji və gübrə xərcləri kimi nəticələrinin olduğunu ifadə etdi.
Von der Leyen, fermerlərin istehlak etdikləri keyfiyyətli qidanı istehsal etmək üçün hər gün çox çalışdıqlarını və bu səbəbdən onları təqdir və hörmət etdiklərini ifadə etdi.
"Fermerlərin problemlərinin son illərdə artdığı bir faktdır. Fermerlər öz səslərini eşitməyə layiqdirlər. Mən bilirəm ki, onlar kənd təsərrüfatının gələcəyi və fermer kimi öz gələcəkləri ilə bağlı narahatdırlar", - deyə fon der Leyen bildirib.
Ursula fon der Leyen bu səbəbdən Aİ-də kənd təsərrüfatının gələcəyi ilə bağlı strateji dialoqa başladıqlarını xatırladıb və maraqlı tərəflərlə vəziyyəti təhlil edəcəklərini və fikir mübadiləsi apararaq gələcək ssenarilər hazırlayacaqlarını bildiriblər. Qütbləşmiş müzakirələrdən kənara çıxmağın və etimadın qurulmasının vacibliyinə işarə edən fon der Leyen, Avropada qida istehsalı sisteminin unikal olduğunu və qida məhsullarının mədəniyyət və ənənələrdə müxtəlifliyi əks etdirdiyini xatırladıb.
Von der Leyen, "Avropa dünyanın ən sağlam və keyfiyyətli qidasına malikdir. Bunun üçün fermerlərimizə və sistemdə oynadıqları mərkəzi rola görə təşəkkür edirik. Təbii ki, fermerlərə ədalətli maaş verilməlidir" dedi.
Aİ Ümumi Kənd Təsərrüfatı Siyasətinin Birlik büdcəsi tərəfindən dəstəkləndiyini qeyd edən von der Leyen, "Pul vacibdir, lakin hər şey deyil. Sağlam təbii qaynaqlar da yüksək məhsuldarlığın qorunmasının açarıdır" dedi.
Aİ Komissiyasının sədri von der Leyen fermerlərin münbit torpağa ehtiyacı olduğuna diqqət çəkərək, “Avropadakı torpaqların 60-70 faizi hazırda pis vəziyyətdədir” deyə dəyərləndirib.
Təbiəti effektiv şəkildə qorumaq üçün səxavətli təşviqlərin təqdim edilməsi lazım olduğunu ifadə edən von der Leyen, "Məhsuldarlıq itkisinin xaricində real təşviqlərə ehtiyac var" dedi.
Təşviqlərin dövlət subsidiyaları ilə təmin edilə biləcəyini ifadə edən von der Leyen təbiətin qorunmasının yalnız təşviqə əsaslanan yanaşma ilə uğurlu ola biləcəyini söylədi.
Günel Məlikzadə
Fins.az