IKT

02 Fevral

Yaponiya Özbəkistanda heyvandarlığın inkişafı üçün 200 milyon dollar ayıracaq

Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JICA) Özbəkistanda heyvandarlığın inkişafı üçün 200 milyon dollar ayıracaq.

Bu barədə Fins.az Uzçarmsanoat-ın mətbuat xidmətinə istinadən  xəbər verir.

JICA rəhbərliyinin Özbəkistandan gələn nümayəndə heyəti ilə “Uzcharmsanoat”, “Uzbekbaliksanoat” və Xalq Bankı Assosiasiyaları rəhbərliyinin iştirakı ilə keçirilən görüşündə investisiya layihələrinin maliyyələşdirilməsi, eləcə də Özbəkistanda heyvandarlıq sənayesinin inkişafı məsələləri müzakirə olunub. 

O cümlədən JICA rəhbərliyi “Özbəkistanda heyvandarlıq sənayesinin inkişafı” layihəsi çərçivəsində 200 milyon dollar ayrılacağını açıqlayıb. JICA vəsaitləri heyvandarlıq, balıqçılıq və quşçuluq sahələrində çalışan sahibkarların güzəştli kreditləşdirilməsi üçün nəzərdə tutulub. 

Günel Məlikzadə
Fins.az