IKT

02 Fevral

Qazaxıstanda günəbaxan yağı 20% ucuzlaşıb

2024-cü ilin yanvar ayında Qazaxıstanda aylıq istehlak qiymətləri indeksi 2023-cü ilin dekabr ayı səviyyəsində qalıb və 0,8% təşkil edib. Milli Statistika Bürosunun məlumatına görə, ərzaq məhsullarının qiymətləri 1,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,7 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,5 faiz bahalaşıb.

Fins.az xəbər verir ki, eyni zamanda günəbaxan yağının qiyməti 1,7%, şəkərin qiyməti isə 1,4% ucuzlaşıb.

2024-cü ilin yanvar ayında inflyasiya illik əsasda 9,5% təşkil edib. Ərzaq məhsullarının qiymətləri 8,2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 8,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 12,3 faiz bahalaşıb.

2023-cü ilin yanvar ayı ilə müqayisədə günəbaxan yağı 19,8%, şəkər tozu 15,5% ucuzlaşıb.

Günel Məlikzadə
Fins.az