2023-cü ildə Tacikistan buğda və un idxalını artırıb. ASIA-Plus-un Ərzaq Təhlükəsizliyi Komitəsinə istinadən verdiyi məlumata görə, ötən il Tacikistan 975 min tondan çox buğda alıb ki, bu da 2022-ci illə müqayisədə 48 min ton çoxdur.
Fins.az xəbər verir ki, 2023-cü ildə Tacikistan 68 min ton un idxal edib (2022-ci ilin nəticəsinə +3,2 min ton).
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 2023-cü ildə 861 min ton buğda yığılıb ki, bu da əvvəlki illə müqayisədə 8% azdır.
Günel Məlikzadə
Fins.az