IKT

01 Fevral

Braziliya 2 milyon tondan çox soya ixrac edib

ANEC-in hesablamalarına görə, Braziliya yanvar ayında 2,5 milyon ton soya ixrac edib ki, bu da ekspertlərin ilkin gözləntilərini (1,3 milyon ton) demək olar ki, iki dəfə və 2023-cü ilin yanvarındakı nəticədən 0,6 milyon ton çoxdur.

Fins.az xəbər verir ki, yanvarda ölkədən soya unu tədarükü ilkin proqnozlarla tamamilə üst-üstə düşüb və 1,8 milyon ton (2023-cü ilin yanvarında 1,4 milyon ton) təşkil edib.

Taxıllar baxımından, Braziliyanın ötən ay qarğıdalı ixracı 3,5 milyon ton (2023-cü ilin yanvarında 4,9 milyon ton), buğda isə 0,69 (0,65) milyon ton olaraq qiymətləndirilir ki, bu da ötən il ərzində ən yüksək aylıq həcmdir.

Günel Məlikzadə
Fins.az