IKT

31 Yanvar

İspaniya Ukraynadan qarğıdalı və günəbaxan toxumu idxalında maraqlıdır

İspaniya Ukraynadan qarğıdalı və günəbaxan tumları idxalında maraqlıdır.

Fins.az xəbər verir ki, bunu İspaniyanın kənd təsərrüfatı, balıqçılıq və qida naziri Luis Planas Puçades Ukraynanın aqrar siyasət və qida naziri Nikolay Solski ilə onlayn görüş zamanı deyib.

Görüş zamanı tərəflər Ukraynanın kənd məhsullarının ixracı və ərzaq təhlükəsizliyi məsələsini müzakirə ediblər. Xüsusilə, Ukrayna ilə Aİ arasında rüsumsuz və kvotasız ticarətin uzadılması.

"Ukraynanın dəstəklənməsi həm də iqtisadiyyatın fəaliyyətinin davam etdirilməsi üçün əsas amil olan Ukrayna ixracının təşviqi deməkdir. İspaniya Ukraynanın kənd təsərrüfatı məhsullarının, xüsusilə qarğıdalı və günəbaxan toxumlarının idxalında maraqlıdır", - L.Puçades vurğulayıb.

Günel Məlikzadə
Fins.az