IKT

30 Yanvar

Qırğızıstan Çinlə əməkdaşlığı intensivləşdirir

Qırğızıstanın Rəqəmsal İnkişaf Nazirliyi Çində Kaşqar bağlı zonada sənaye parkının açıldığını elan edib. Bu layihə sayəsində Çin və Qırğızıstan arasında transsərhəd logistika üçün “anbardan anbara” 48 saat və 72 saat birbaşa nəqliyyat xidmətinin yaradılması təmin ediləcək,.

Fins.az xəbər verir ki, sənaye parkı “İki ölkə - iki park” layihəsi çərçivəsində yaradılıb və Qırğızıstanın Narın vilayətinin Kaşqar kompleksi bağlı zonası ilə azad iqtisadi zonası arasındakı ərazidə yerləşir.

Yanvarın sonunda Qırğızıstanın iri müəssisələrinin rəhbərlərinin Çin şirkətləri ilə memorandumlar və əməkdaşlıq müqavilələri imzaladığı da bildirilir. O cümlədən qarğıdalı məhsulunun ixracına dair müqavilə imzalanıb. Sənədin imzalanması mərasimində BaiDyikan Kənd Təsərrüfatına Dəstək Mərkəzinin İxrac direktoru Ulan Bukabayev və Xinjiang Yihua Import and Export Trading Co., Ltd.-nin nümayəndəsi iştirak edib. Bundan əlavə, Qırğızıstan şirkətlərinin rəhbərləri “Kirgiz Global Distribution Limited” – Nazarbek Bekmuratov, BayDyikan – Ulan Bukabayev, Ak Niet – Toyçubek Jusupov Kaşqar Azad Ticarət Təşkilatının sədri Quo Şusun ilə müqavilələr imzalayıblar.

Günel Məlikzadə
Fins.az